Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Arman Dikiy” öldürülüb? - Vəkillərdən İDDİA

“Arman Dikiy” öldürülüb? - Vəkillərdən İDDİA

Tarix: 3 Fevral 2022 19:14

Bir qədər əvvəl Almatıdakı təcridxanadan yoxa çıxan "Arman Dikiy" ləqəbli kriminal avtoritet Arman Cumagəldiyevlə bağlı vəkilləri narahatlığını bildirib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki,  vəkillər iddia edir ki, Arman öldürülüb, lakin sonradan onun intihar etdiyini deyiblər.

Qazaxıstanlı ekspertlərin qənaətinə görə, Armanın Nursultan Nazarbayevin bacısı oğlu Kayrak Satıbaldı ilə yaxın münasibətləri olub. Armanın Almatıdakı vəziyyəti qarışdıranlardan biri olduğu bildirilir. 

Xatırladaq ki, o, yanvarın 7-də həbs olunub.


Etiketlər:  Arman Dikiy öldürülüb Vəkillərdən İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ