Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan yüksək liqada komanda sayına görə sonunculardandır

Azərbaycan yüksək liqada komanda sayına görə sonunculardandır

Tarix: 3 Fevral 2022 21:26

UEFA Avropa ölkələrinin yüksək liqalarındakı komanda sayına görə sıralamasını açıqlanıb.

Azərbaycan Premyer Liqası siyahıda sonunculardandır.

Azərbaycandan başqa yalnız Andorra, Latviya və Moldovanın yüksək liqasında cəmi 8 klub oynayır. Digər 50 ölkə isə ön sıralardadır.

Bundan başqa, Avropada 13 liqada 4 dövrəlik dairəvi sistem oynanıldığı bildirilib. Bunlardan biri Azərbaycan Premyer Liqasıdır. Azərbaycan kuboku isə həm bir, həm iki oyunluq sistemlə keçirilən 18 ölkədən biridir.

Azərbaycan həm də qadınlar arasında ölkə çempionatının olduğu, amma kubokunun keçirilmədiyi 5 ölkədən biridir.

Milli.Az


Etiketlər:  Azərbaycan yüksək liqada komanda sayına görə sonunculardandır


RƏYLƏR