Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı - 25 yaralı

Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı - 25 yaralı

Tarix: 3 Fevral 2022 22:24

Türkiyənin Ərzurum vilayətinin Palandöken xizək mərkəzi bölgəsində turistləri daşıyan mikroavtobus aşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 25 nəfər yaralanıb.

Qəza mikroavtobus bir hotelin müştərilərini hava limanına apararkən baş verib.

Hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı 25 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ