Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agentliklə müqaviləsi olmayan klinikalara müraciət etmək mümkündürmü? - VİDEO

Agentliklə müqaviləsi olmayan klinikalara müraciət etmək mümkündürmü? - VİDEO

Tarix: 4 Fevral 2022 17:20

İcbari tibbi sığortadan istifadə etmək istəyən vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olmayan klinikaya da müraciət edə bilərlər. Bəs göstərilən xidmətin pulu hansı hallarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödəniləcək?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olmayan özəl tibb mərkəzlərinə də müraciət edə bilərlər. Amma bu proses xüsusi hallarda baş verə bilər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova deyib ki, vətəndaşın müraciətinə əsasən, ona göstərilən xidmət üçün alınacaq məbləğ təmsil etdiyi qurum  tərəfindən ödənilir. Onun sözlərinə görə, bu proses yalnız təcili və təxirəsalınmaz hadisələr zamanı icra olunur. Başqa vaxtlarda isə vətəndaşlar göndəriş əsasında TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edirlər.

Aynurə Əhmədova bildirib ki, vətəndaş xəstəxanaya müraciət etdikdən sonra, əgər ona göstərilən xidmətə görə xidmət haqqını o xəstəxanaya ödəyibsə, bu zaman məsələ araşdırılır və daha sonra məbləğ vətəndaşa qaytarılır.

Qeyd edək ki, bütün bunlarla  bağlı qərar artıq dekabr ayından etibarən qüvvədədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Agentliklə müqaviləsi olmayan klinikalara müraciət etmək mümkündürmü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ