Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Aİ ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirir''

''Azərbaycan Aİ ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirir''

Tarix: 4 Fevral 2022 18:39

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın etibarlı tərəfdaşı olub.

O qeyd edib ki, 2021-ci ilin uğurlu nəticələri bu gün müzakirə edilib.

"2021-ci ildə Avropa ölkələri 8.2 milyard kubmetr qaz alıb, növbəti illərdə bu həcmin artırılması müzakirə mövzusudur. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasında bu məsələlər ətraflı müzakir edilib", - deyə nazir bildirib.

Milli.Az


Etiketlər:  Azərbaycan ilə bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirir


RƏYLƏR