Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 23:16
Şəmkir rayon polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində şəhər sakini V.Zeynalovdan silah və sursat götürülüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Zeynalov "AK-47" markalı avtomat silahını, nömrəsi silinmiş "Mauzer-98K" markalı ov tüfəngini, 30 ədəd avtomat patronunu və 1 ədəd patron darağını könüllü olaraq polisə təhvil verib.