Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidalar sonsuzluq yaradırmış - Hər gün yeyirik

Bu qidalar sonsuzluq yaradırmış - Hər gün yeyirik

Tarix: 5 Fevral 2022 07:42

Çipsi, kartof fri və digər qızardılmış məhsulların tərkibindəki kanseroqen maddələr, o cümlədən akrilamid insanın daxili orqanları üçün ciddi təhlükə mənbəyidir.

Ölkə.az bildirir ki, alimlər gəldiyi nəticəyə əsasən adı çəkilən qidalar kanseroqen effekt yaratdığından  insan bədəninə, xüsusən də reproduktiv orqanlar üçün ciddi təhlükə mənbəyidir. Belə ki, bu məhsullar insanlarda sonsuzluqla yanaşı digər ciddi fəsad törədən xəstəliklərə yol açır.

Akrilamid nişastalı məhsulların tərkibində olduğundan, bu maddə ancaq  120 dərəcə istidən sonra bişir və ya qızarır. Akrilamid  kofe, kartof çipslərində, qənnadı məhsullarında, qarğıdalı çubuqlarında, qızardılmış kartofda və bir sıra digər məhsullarda  rast gəlinir.

Qida məhsullarında akrilamidin səviyyəsini aşağı salmaq üçün  kartofu  təmizlədikdən sonra 2 saatadək suda saxlamaq lazımdır. Kartofu qızardan zaman qəhvəyi rəngə çevrilmədən, qızılı rəng alan kimi götürülməsi məsləhətdir. Bundan əlavə kartofu nazik deyil, bir az qalın dilimlərə doğramaq lazımdır. Nazik dilimlərdən fərqli olaraq qalın dilimlərdə akrilamid daha az olur.

Odur ki, alimlər kartof çipsilərdən, şirin və qazlı, energetik  içkilərdən, kreker, suxarı, şokolad batonlardan imtina etməyi və bacardıqca az istifadə emtəyi tövsiyyə edir.


Etiketlər:  qidalar sonsuzluq yaradırmış Hər gün yeyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ