Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçu həyat yoldaşını döyüb bu hala saldı - FOTO

Futbolçu həyat yoldaşını döyüb bu hala saldı - FOTO

Tarix: 5 Fevral 2022 13:32

Mehriban Hurmacı ötən ay boşanmaqdan imtina etdiyi keçmiş futbolçu həyat yoldaşı Özər Hurmacı tərəfindən şiddətə məruz qalıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, polis məntəqəsinə gedərək şikayətçi olan M.Hurmacı hadisəni "2 sayfa" verilişinə danışıb:

"Dünən axşam saat 21:00-da telefonunda başqa qadınlara aid şəkillər və ismarışlar gördüm. Buna görə mübahisə etməyə başladıq. Məni otağın birinə apararaq əlimə, üzümə vurmağa başladı. Başımı pəncərəyə vurdu. "Səni öldürərəm" deyərək təhdid etdi. Özümü çölə güclə atdım".

Mehriban Hurmacı üzü qan içində olan fotolarını sosial şəbəkədə də paylaşıb.

Qeyd edək ki, 6 ildir evli olan cütlüyün 3 övladı var.


Etiketlər:  Futbolçu həyat yoldaşını döyüb hala saldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ