Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bypass əməliyyatı üçün ƏN UYĞUN DAMARLAR

Bypass əməliyyatı üçün ƏN UYĞUN DAMARLAR

Tarix: 5 Fevral 2022 20:06

Ürəyin bypass əməliyyatında süni venadan istifadə edilərsə, damarların tıxanma riski artır. Bu səbəbdən adətən pasiyentin özündən alınan uyğun damarlardan istifadə olunmalıdır.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

Həkimin sözlərinə görə, koronar bypass üçün daha çox istifadə olunan və ən uyğun damarlar aşağıdakılardır:

- döş arteriyası;

- qol arteriyası;

- ayaq venaları.

O, əlavə edib ki, damarın strukturu səbəbindən uzun illər ərzində bypass-ın açıq qala biləcəyi ən uyğun damar döş arteriyasıdır, sonra isə qol və ayaq damarları gəlir.

Bypass üçün hər iki döş arteriyasını istifadə etmək uzun illər bypass-ın açıq qalma şansını daha da artırır və bu, pasiyent üçün çox böyük üstünlükdür. Xüsusilə də gənc və damar quruluşu uyğun olan xəstələrdə sadəcə arteriya ilə bypass icra etmək daha uyğundur:

"Ürək əməliyyatı zamanı ən uyğun arteriyadan istifadə edilirsə, birinci ildə damarın açıq qalma qabiliyyəti 95-98%, beşillik açıq qalma qabiliyyəti 90-92%, onillik açıq qalma qabiliyyəti isə 85-88% civarında olur".


Etiketlər:  Bypass əməliyyatı üçün UYĞUN DAMARLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ