Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 09:38
Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.
Sonxeber.net xəbər verir ki, musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.
Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz.
Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.