Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 11:54
Afrika Millətlər Kubokunun ötən gecə baş tutan finalında maraqlı epizod yaşanıb.
Sonxeber.net xəbər verir ki, Seneqal yığmasının Misirlə qarşılaşdığı həlledici matçın 36-cı dəqiqəsində indiyədək futbol meydanında görünməmiş hadisə yaşanıb.
Kamerunun paytaxtı Yaoundedə yerləşən "Olembe" stadionunda baş tutan oyunda Misirin ulduz futbolçusu Mohammed Salah hakimə etiraz edib.
Hakim Viktor Qomez isə fitini və kartını Salaha uzadaraq ona matçı idarə etməyi təklif edib.
Xatırladaq ki, əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan matçda qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:2 hesabı ilə üstün olan Seneqal kuboka sahib çıxıb.