Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birandan eşq iddialarına cavab

Birandan eşq iddialarına cavab

Tarix: 7 Fevral 2022 13:15

"Maske kimsin sen?" proqramında bir araya gəldikdən sonra yarışma iştirakçısı Biran Damla Yılmazla, aparıcı Tansel Öngel arasında eşq yaşandığı ilə bağlı şayiələr yayılmışdı.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ötən gün müxbirlərə açıqlamasında Biran iddiaları təkzib edərək yalnız dost olduqlarını vurğulayıb:

"Bir qadınla bir kişini yanaşı görəndə "eşq yaşandı" deyə düşünürlər. İlk ağla gələn bu olduğu üçün belə xəbərlər çıxır. Amma Tansel sadəcə dostumdur, bu qədər".  

Bundan başqa, Biran yarışmadan sonra albom təklifi aldığını açıqlayıb. O, əvvəllər mahnı oxumaqdan qorxduğunu və səsinin olmadığını düşündüyünü əlavə edib.

Qeyd edək ki, Biran hazırda "Yasak elma" serialında "Kumru", Tansel isə "Masumlar apartmanı"nda "Naci" obrazına həyat verir.


Etiketlər:  Birandan eşq iddialarına cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ