Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 15:05
Bu il yanvarın 22-də Bakının Nərimanov rayonunda yanğın baş verib. Hündürmərtəbəli binalardan biri sürətlə alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Onlar alovu ram edə biliblər.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, həmin vaxt yanğından əziyyət çəkənlərdən biri də müğənni Niyam Salami olub.
Hadisə zamanı oradan keçən sənətçinin avtomobilinə yanan binadan kərpiclər düşüb. Bu haqda "Şourum"a danışan ifaçı hələ də avtomobilini düzəltdirmədiyini bildirib.