Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 18:50
Türk müğənni Doğuş ilə ailə həyatı quran azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının əkiz oğlan övladları var.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə aktiv olan aparıcı oğulları ilə tez-tez video çəkib paylaşır. Görüntülərdə diqqətçəkən məqam aparıcının hər dəfə istər yoldaşı Doğuşla, istərsə də uşaqları ilə türkcə danışmasıdır.
Azərbaycan dilində səlis danışa bilən məşhur jurnalistin öz övladları ilə niyə məhz Türkiyə türkcəsində danışdığı həqiqətən də maraq doğurur.
Mövzuyla bağlı Xoşqədəm xanımla əlaqə saxlamağa çalışsaq da, o, telefonu üzümüzə qapatdı.
BiG.AZ aparıcının oğlu ilə sosial şəbəkədə paylaşdığı videolardan birini təqdim edir: