Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 10:24
"Krılya Sovetov" millimizin futbolçusu Ramil Şeydayevə yeni müqavilə təklif etməyə hazırlaşır.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Samara təmsilçisinin müqaviləsinin müddətini uzatmaq istədiyi üç oyunçu arasında 23 yaşlı hücumçu da var. "Krılya Sovetov"un komandada saxlamaq istədiyi digər futbolçular isə Azərbaycan əsilli Aleksandr Səmədov və Maksim Kanunnikovdur.
Bu xəbərləri şərh edən klubun nümayəndəsi Aleksandr Şikunov deyib ki, hazırda əsas diqqətlərini Premyer Liqada qalmağa yönəldiblər. O, turnir bitdikdən sonra oyunçularla bağlı məsələləri müzakirə edəcəklərini bildirib.
Qeyd edək ki, Şeydayevin Rusiya təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır.