Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Kuboku: ''Fənərbağça'' mübarizəni dayandırıb

Türkiyə Kuboku: ''Fənərbağça'' mübarizəni dayandırıb

Tarix: 8 Fevral 2022 23:56

Futbol üzrə Türkiyə Kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, "Fənərbağça" öz meydanında "Kayserispor"la qarşılaşıb. "Ülker" stadionundakı görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramazan Civelek vurub.

Kayseri klubu ilk hissənin sonlarında azlıqda qalıb. Uğur Demirok birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra İstanbul təmsilçisi ölkə kubokunda mübarizəni dayandırıb. "Kayserispor" isə 1/4 finala yüksəlib.


Etiketlər:  Türkiyə Kuboku Fənərbağça mübarizəni dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ