Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CeyLo çəkildiyi filmin premyerasına sevgilisi ilə gəldi - FOTO

CeyLo çəkildiyi filmin premyerasına sevgilisi ilə gəldi - FOTO

Tarix: 10 Fevral 2022 12:38

Los-Ancelesdə "Marry me!" (Mənimlə evlən) filminin təqdimatı keçirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, gecəyə ekran işinin baş rol ifaçısı pop-ulduz Cennifer Lopes də qatılıb. O, təqdimata aktyor sevgilisi Ben Affleklə gəlib.

Lopes premyera üçün xüsusi libas seçib - "Giambattista Valli" moda evinin kolleksiyasından əsl gəlinlik. Bahalı krujevadan ibarət mini-libası o, "Jimmy Choo"dan zərif tufli və güllü klatçla tamamlayıb.

Ben isə gecəyə smokinqdə qatılıb. Cütlük əsl ər-arvad kimi görünürdü.

Bu yaxınlarda "People" jurnalına müsahibə verən Lopes etiraf edib ki, Affleklə toy etməyi planlaşdırmır. Müğənni deyib ki, hər ikisinin ilk evliliyi uğursuz olub, ona görə indi hadisələri tələsdirmir və sadəcə andan zövq alırlar.  

Qeyd edək ki, filmdə Cennifer, demək olar, özünü - musiqiçi ərinin ona xəyanət etdiyini öyrənən pop-ulduzu oynayır. İntiqam almaq üçün Lopesin qəhrəmanı ilk rastına çıxan oğlana ərə getməyə qərar gəlir. Həmin oğlanı aktyor Ouen Uilson canlandırır.


Etiketlər:  CeyLo çəkildiyi filmin premyerasına sevgilisi ilə gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ