Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dabaq və qarayara xəstəliklərinə qarşı peyvəndləməyə başlanılıb

Dabaq və qarayara xəstəliklərinə qarşı peyvəndləməyə başlanılıb

Tarix: 5 Sentyabr 2019 11:32

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisinin epizootik sabitliyinin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE-Beynəlxalq Epizootik Büro) tələblərinə uyğun olaraq "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na əsasən, 2019-cu ilin sentyabr ayından respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə bildirilib ki, sentyabrın ilk günlərindən təsərrüfatlarda saxlanılan cavan iribuynuzlu (3-6 aylıq) heyvanlarda qarayara xəstəliyinə qarşı profilaktik tədbirlərə start verilib.

Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların baytar mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələrini tövsiyə edir. Həmçinin xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda respublikanın ərazisində epizootik vəziyyət sabitdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dabaq qarayara xəstəliklərinə qarşı peyvəndləməyə başlanılıb


RƏYLƏR