Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın şəxsi iqamətgahında məxfi sənədlər aşkarlanıb

Trampın şəxsi iqamətgahında məxfi sənədlər aşkarlanıb

Tarix: 11 Fevral 2022 21:10

ABŞ-ın sabiq prezidenti Donald Trampın Florida ştatında yerləşən şəxsi iqamətgahından götürülən sənədlərin bəziləri məxfi qrif ilə işarələnib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Milli Arxivlər və Qeydiyyat İdarəsi (NARA) "Mar-a-Lago" iqamətgahından çıxarılan 15 qutu sənədin arasında Şimali Koreya lideri Kim Çen Inla yazışmalar və Barak Obamanın 2016-cı ildə xələfinə müraciəti də daxil olmaqla, "məxfi" və "tam məxfi" sənədlər aşkarlayıb.

Aşkarlanan məxfi sənədlərin sayı barədə məlumat verilmir. Onların iqamətgaha necə gətirildiyi və sonra qutulara kim tərəfindən qoyulduğu da məlum deyil. Qəzetin məlumatına görə, Donald Tramp prezidentliyi dövründə rəsmi sənədləri sonradan nəzərdən keçirmək üçün bəzən Floridaya aparırdı.

NARA sabiq prezident Donald Trampın rəsmi sənədlərlə necə davrandığına dair yoxlama aparması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Sabiq prezidentin məxfi sənədlərə, o cümlədən dövlət sənədlərinə münasibətdə qanunları poza biləcəyi ehtimal olunur. Donald Tramp isə öz növbəsində NARA ilə əlaqə saxladığını və "sənədlərinin daşınmasını" ABŞ qanunlarına uyğun həyata keçirdiyini bildirib.

Milli.Az


Etiketlər:  Trampın şəxsi iqamətgahında məxfi sənədlər aşkarlanıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR