Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda ağır qəza: sərnişin həlak oldu

Tovuzda ağır qəza: sərnişin həlak oldu

Tarix: 12 Fevral 2022 07:56

Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Tovuz rayonun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili "Shacman" markalı yük maşını ilə toqquşub. Qəza zamanı "VAZ-2107"nin sərnişini 58 yaşlı Hüseyn Məmmədov dünyasını dəyişib. Onun sıxılmış vəziyyətdə qalmış meyiti Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz rayon hissəsinin xüsusi xilasetmə briqadasının əməkdaşları tərəfindən deformasiyaya uğrayan avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sürücü 51 yaşlı Elçin Məmmədov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Tovuzda ağır qəza sərnişin həlak oldu


RƏYLƏR