Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sizdən xoş xəbərlər gözləyirik, Acun bəy” - FOTO

“Sizdən xoş xəbərlər gözləyirik, Acun bəy” - FOTO

Tarix: 12 Fevral 2022 08:05

Türkiyənin "TV8" kanalında yayımlanan "Kırmızı oda" serialının reytinq qurbanı olmasına görə ekranla vidalaşması xəbəri yayılmışdı.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "TV8"in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı bu barədə paylaşım edib.

Ilıcalı "Kırmızı oda"nın ssenari müəllifi Gülseren Budayıcıoğlu ilə görüşüb. İlıcalı paylaşımına, "Lütfən, serial final etməsin", "Bu serial bitməməlidir", "Sizdən xoş xəbərlər gözləyirik, Acun bəy" rəyləri yazılıb.

Qeyd edək ki, keçən mövsüm Türkiyədə ən çox baxılan seriallardan biri olan "Kırmızı oda"da yenidən aktyor Erkan Petekkaya üçün səhnələr hazırlansa da, bu, reytinqin yüksəlməsinə təsir etməyib.

Bildirilib ki, serialın 61-ci seriyasında final bölümü yayımlanacaq.

Xatırladaq ki, serialda psixiatriya klinikasında həkimlərin və onlara müraciət edənlərin hekayələri canlandırılır.

Milli.Az


Etiketlər:  Sizdən xoş xəbərlər gözləyirik Acun bəy FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ