Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 13:48
“Apple” korporasiyası 2020-ci ildə yeni “iPhone SE” smartfonunun istehsalını planlaşdırır. Bu haqda Yaponiyanın “Nikkei” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, 2020-ci ilin yazında nümayiş etdirilməsi planlaşdırılan sözügedən smartfon 4,7 düymlük displey, “Touch ID” barmaq izləri skaneri, bir əsas kamera və “iPhone 8”-də olduğu kimi eyni korpusla təchiz ediləcək. Eyni zamanda bu smartfon öz texniki xüsusiyyətlərinə görə 2019-cu ilin payızında təqdim ediləcək yeni “iPhone” səviyyəsində olacaq.
Yeni aparatın qiyməti açıqlanmasa da, ancaq onun “iPhone Xr” və “Xs”dan daha ucuz olacağı gözlənilir.
Emil Hüseynov