Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropanın ən çox axtarılan narkotacirlərindən biri həbs edilib

Avropanın ən çox axtarılan narkotacirlərindən biri həbs edilib

Tarix: 14 Fevral 2022 12:52

Avropa İttifaqında ən çox axtarışda olan narkotacirlərindən biri, Sloveniya vətəndaşı İspaniyada saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İspaniya Milli Polisinin məlumatına görə, qaçaqmalçı ailəsi ilə birlikdə yaşadığı Barselonadakı elit bir məhəllədə yaxalanıb.

"Saxlanılan şəxs Avropol tərəfindən ən çox axtarılan cinayətkarlardan biri idi", - polisin açıqlamasında deyilir.

Sloveniya vətəndaşı bir neçə ildir ki, axtarışdadır. Cinayətkarın tutulması əməliyyatı Sloveniya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib və onlar İspaniya tərəfinə, xüsusən də onun gizləndiyi uydurma adlar və istifadə etdiyi avtomobillər barədə məlumat veriblər.

Sloveniya Prokurorluğu cinayətkarı 300 kq-dan çox heroinin qanunsuz dövriyyəsində ittiham edir.

Milli.Az


Etiketlər:  Avropanın ən çox axtarılan narkotacirlərindən biri həbs edilib


RƏYLƏR