Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı burun peyvəndləri təhlükəli ola bilər

Koronavirusa qarşı burun peyvəndləri təhlükəli ola bilər

Tarix: 14 Fevral 2022 14:52

Virusoloq, ABŞ Qlobal Virusoloji Şəbəkə Mərkəzinin direktoru Konstantin Çumakov bildirib ki, COVID-19-a qarşı burun peyvəndi orqanizm üçün əzələdaxili peyvənddən daha təhlükəli ola bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Məsləhət ver, həkim!" "YouTube" kanalına müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, burun qoxu siniri vasitəsilə beyinlə çox sıx bağlıdır və buna görə də burun vasitəsilə verilməsi planlaşdırılan bütün dərmanlar çox böyük təhlükəsizlik qiymətləndirməsindən keçir.

"Burun peyvəndləri təhlükəli ola bilər, çünki bu sinir virusu və ya antigeni beyinə daşıya bilər. Bununla çox diqqətli olmaq lazımdır. Məsələ göründüyü qədər asan deyil", - deyə virusoloq izah edib.

O,qeyd edib ki, əzələdaxili peyvəndlər heç bir həyati orqana təsir edə bilmir və sinir sistemini qoruyur.


Etiketlər:  Koronavirusa qarşı burun peyvəndləri təhlükəli bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ