Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qardaş qatilinin vəhşiliyi hər kəsi heyrətə saldı - Namaz qıldığı yerdə başından... - VİDEO

Qardaş qatilinin vəhşiliyi hər kəsi heyrətə saldı - Namaz qıldığı yerdə başından... - VİDEO

Tarix: 15 Fevral 2022 01:46

Psixoloji problemləri olduğu iddia edilən 26 yaşlı Battal Dədə Esenlerdə böyük qardaşı Mustafa Dədəni başından tapança ilə vuraraq öldürüb.

Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, kuryer kimi çalışan Battal Dədə motosikletini sataraq silah alıb. Daha sonra evə gələrək qardaşı Mustafa Dədəni tapança ilə başından vuraraq öldürüb. Bu zaman qardaşı namaz qılırmış. Şübhəli şəxs həmin vaxt evdə olan anasına "təcili yardım çağırın" dedikdən sonra qaçıb.

Battal Dədə Esenyurtda bacısının yanına gedərkən saxlanılıb. Məhəllədə ticarətlə məşğul olan Abbas Çiçək adlı şəxs "qonşumu tanıyıram, gəlib buradan alış-veriş edirdilər. İkisi də namuslu adamlar idi. Namuslu idilər, heç bir fitnə-fəsad görmədik. Yaxşı insanlar idi. Mən eşidəndə inanmadım, şoka düşdüm" deyib.

Anar Əli


Etiketlər:  Qardaş qatilinin vəhşiliyi hər kəsi heyrətə saldı Namaz qıldığı yerdə başından VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ