Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalılara Belarusu dərhal tərk etmək tövsiyə edilib

Amerikalılara Belarusu dərhal tərk etmək  tövsiyə edilib

Tarix: 15 Fevral 2022 09:00

ABŞ hakimiyyəti Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq vətəndaşlarına Belarusu və tanınmamış Dnestryanı ərazisini dərhal tərk etməyi tövsiyə edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu, Dövlət Departamentinin yaydığı bəyanatlarda yer alıb.

"Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməli və ölkəyə səfər etməkdən çəkinməlidirlər",-deyə qeyd olunub.

Digər bir bəyanatda isə amerikalılara Moldovaya səfər etməmək tövsiyə olunur. Bundan əlavə, izah edilir ki, Dnestryanıdakı ABŞ vətəndaşları dərhal bu ərazini tərk etməlidirlər.

Bütün bu bəyanatlara səbəb Rusiyanın Ukrayna ətrafındakı hərbi fəaliyyətidir.


Etiketlər:  Amerikalılara Belarusu dərhal tərk etmək tövsiyə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ