Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda adam oğurluğu maddəsi ilə axtarışda olan şəxs başqa cinayətdə yaxalanıb

Bakıda adam oğurluğu maddəsi ilə axtarışda olan şəxs başqa cinayətdə yaxalanıb

Tarix: 5 Sentyabr 2019 16:30

Bakı. Samir Əli - Trend:

Bakıda adam oğurluğu ilə axtarışda olan şəxs başqa cinayətdə yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda adam oğurluğu maddəsi ilə axtarışda olan şəxs başqa cinayətdə yaxalanıb


RƏYLƏR