Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"3+3" formatının Tehranda keçirilməsi planlaşdırılan növbəti görüşündə nələr müzakirə olunacaq? - “Əsas məsələ”də MÜZAKİRƏ - VİDEO - FOTO

Tarix: 15 Fevral 2022 17:39

Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında Tehranda zirvə görüşünün keçirilməsi barədə razılıq əldə edib.

Görüşdə Suriya ilə bağlı vəziyyət müzakirə olunacaq. Prezidentlərin görüşündən əvvəl XİN rəhbərləri səviyyəsində görüşün keçirilməsi planlaşdırılır. Rusiya, İran və Türkiyə liderləri 2020-ci il iyulun 1-də virtual formatda keçirilən görüşdə Suriya məsələsini müzakirə etmiş və növbəti görüşün Tehranda keçirilməsi barədə razılığa gəlmişdi.

Milli.Az-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Regional əməkdaşlıq, "3+3" formatının Tehranda keçirilməsi planlaşdırılan növbəti görüşündə nələr müzakirə olunacaq?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Milli Məclisin deputatları Sevil Mikayılova, Mahir Abbaszadə və siyasi şərhçi Xəyal Bəşirov mövzu ətrafında müzakirə aparıblar.

"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz:

Milli.Az


Etiketlər:  33 formatının Tehranda keçirilməsi planlaşdırılan növbəti görüşündə nələr müzakirə olunacaq Əsas məsələdə MÜZAKİRƏ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ