Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dostundan şikayət edən şəxsin meşədə meyiti tapıldı - Məktubu üzə çıxıb - VİDEO

Dostundan şikayət edən şəxsin meşədə meyiti tapıldı - Məktubu üzə çıxıb - VİDEO

Tarix: 16 Fevral 2022 19:06

Astara sakini özünü asaraq intihar edib.

Hadisə rayonun Taxtanəkəran kəndi ərazisindəki meşəlikdə baş verib. 1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun meyiti kənd sakinləri tərəfindən aşkarlanıb.

Toradi kənd sakini Z.Sovqatovun üzərindən çıxan məktubda onu bu addıma vadar edən şəxslər barədə yazılıb.

Qeyd edək ki, Zaur Sovqatov bir neçə gün öncə aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-müfafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.

Astara rayonunun Toradi kənd sakini Zaur Sovqatov qeyd edib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Zaur Sovqatov 5 şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. İddia edir ki, Rövşən Hüseynov bu məsələnin qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Xatırladaq ki, təxminən bir ay əvvəl "Xəzər Xəbər" Zaur Sovqatovun şikayətilə bağlı  xəbər hazırlamışdı.

Həmin videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Dostundan şikayət edən şəxsin meşədə meyiti tapıldı Məktubu üzə çıxıb VİDEO


RƏYLƏR