Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 08:57
Koronavirus epidemiyasının əvvəlindən ən geniş istifadə olunan dərman xloroxin və ya hidroksixloroxin olub. Əslində bu preparat malyariya və bəzi autoimmun xəstəliklərinin müalicəsində istifadə olunur.
Koronavirusun yayılmasının əvvəlində alimlər bir çox müxtəlif dərmanları sınaqdan keçirirdi və belə dərmanlardan biri xloroxin olub. Xloroxinə olan münasibət hər zaman mübahisəli idi. Alimlərin bir qismi onu "panaseya" hesab edirdi, digərləri isə əksinə onun istifadəsinə ciddi şübhə ilə yanaşırdı. Nəhayət bu mübahisəyə son qoyulub.
Son müşahidə və araşdırmalar göstərib ki, xloroxin koronavirus xəstələrininin ürək ritmində ciddi fəsadlara səbəb olur və onun koronavirusun müalicəsində faydası potensial risklərdən daha azdır.
Saglamolun.az xarici KİVlərə istinadla bildirir ki, nəticədə FDA (ABŞ-ın qida və dərmanlara nəzarət edən qurumu) xloroxinin koronavirusun müalicəsi üçün istifadəsinə verilən icazəsini ləgv edib.