Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 21:32
"Qarabağ"ın iki futbolçusu Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə ilk oyununda ikiqat diqqətli olmalıdır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunlar Ağdam klubunun aparıcı üzvləri Kadi Borqeslə Patrik Andradedir.
Azərbaycan Premyer Liqasının liderinin yarımmüdafiəçiləri cəzalı duruma düşmək təhlükəsi ilə üz-üzədir. Bu üzdən legionerlər Marseldəki matçda həm komanda uğurunu düşünməli, həm də sarı vərəqə almamalıdır.
Növbəti xəbərdarlıq onların qarşıdakı matçda iştirakına qırmızı işıq yandıracaq. "Marsel"lə Bakıda baş tutacaq cavab oyununu, cütün taleyinin həll olunacağı qarşılaşmanı buraxmamaq üçün legionerlər ilk görüşdə ehtiyatlı davranmalıdır.
Qeyd edək ki, komandalar arasında Marseldəki oyun fevralın 17-də, Bakıdakı matç 24-də keçiriləcək.