Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Qarabağ'' oynamağa imkan vermədi''

''''Qarabağ'' oynamağa imkan vermədi''

Tarix: 18 Fevral 2022 07:28

Fransanın "Olimpik" (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, argentinalı mütəxəssis 3:1 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:

"Bizim üçün çətin oldu, çünki "Qarabağ" oynamağa imkan vermədi. Birinci hissə ağır keçdi. İkinci yarıda isə ümumiyyətlə oynaya bilmədik. Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var".

Bu komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda baş tutacaq.


Etiketlər:  Qarabağ oynamağa imkan vermədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ