Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış sənətçi evində ölü tapıldı - FOTO

Tanınmış sənətçi evində ölü tapıldı - FOTO

Tarix: 18 Fevral 2022 10:16

Polşa əsilli almaniyalı rəssam, fotoqraf, rejissor və yazıçı Sebastian Bieniek evində ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 46 yaşlı Bieniek birdən çox qabırğasının sınığı səbəbiylə ağciyər qanaması nəticəsində həyatını itirib.

Bieniekin meyiti ölümündən 3 gün sonra tapılıb.

O, sonuncu dəfə 6 fevral 2022-ci ildə Berlindəki "Prasnik" restoranında görülüb.

Hadisə şahidinin dediyinə görə, sərxoş vəziyyətdə olan Bieniek saat 2:30 radələrində barı tərk etməzdən əvvəl bir neçə narkotik satıcısı ilə mübahisə edib. İddialara görə, Bieniek gedəndən sonra bu şəxslər məşhur sənətçinin arxasınca gedib, onu hardasa tələyə salıb və qabırğaları sınana qədər döyüb təpikləyiblər.

Cinayətkarlar qaçan kimi Bieniek xəstəxananın təcili yardım otağına aparılıb. Həmin vaxt heç bir ağırlaşma əlaməti olmayan sənətçinin bir neçə qabırğasının sınığı da aşkarlanıb. Bieniek saat 04:00 radələrində evə buraxılıb.

İki gün sonra Bieniekin qabırğasındakı sınıqlar onun qaraciyərinin qanla dolmasına səbəb olub. Məşhur sənətçi qanında boğularaq dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Tanınmış sənətçi evində ölü tapıldı FOTO


RƏYLƏR