Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

Tarix: 18 Fevral 2022 17:40

Fevralın 19-da saat 09:00-dan 21:00-dək Ə.Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, bu səbəbdən 7A, 7B, 67, 199 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobusların hərəkət sxemləri Ziya Bünyadov prospekti istiqamətində dəyişdirilərək Tbilisi prospekti və Alı Mustafayev (3-cü mkr bazarı) küçəsindən keçməklə təşkil ediləcək və daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək.

Milli.Az


Etiketlər:  Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək


RƏYLƏR