Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 08:30
Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 2022-ci ildə hərbi toplanış üçün ehtiyatdan çağırılması haqqında fərman imzalayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə sənəd hüquqi informasiya rəsmi internet portalında dərc olunub.
Sənəddə deyilir: "2022-ci ildə ehtiyyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın".
Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları yoplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.