Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 06:24
Son zamanlar lüks həyat tərzi ilə gündəmə gələn yutuber və müğənni Reynmen Nişantaşında alış-veriş mərkəzindən çıxarkən görüntülənib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, jurnalistlər ona bahalı saatları, maşınları və xərclədiyi pullarla bağlı suallar ünvanlayıb.
Reynmen isə "qazanıram, xərcləyirəm, özümə motivasiya verirəm" deyə, müxbirlərə söyləyib.
Qeyd edək ki, müğənni "Derdim olsun" mahnısıyla Yutubda bir gündə 10 milyondan çox izlənmə sayı yığıraq məşhur olmuşdu.