Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 21:03
Hətta yüngül gedişli koronavirus belə orqanizmdə iltihabi və autoimmun prosesləri işə salıb, erkən yaşlanmaya yol aça bilər. Hansı ki, bu proseslər normal halda 60 yaşından sonra görünürdü.
Sonxeber.net xəbər verir ki, pandemiyadan öncə də həkimlər insanlarda Alsgeymer, demensiya kimi ahıllıq pozulmalarının sürətlənməsi barədə xəbərdarlıq etmişdilər.
Rusiyanın baş geriatrı Olqa Tkaçeva Omikrondan sonra baş verəcək 3 təhlükəli səbəbi açıqlayıb.
Bu ştamma yoluxan əksər gənclərdə qocalıq prosesini sürətlənir. Xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz.
"Bu gün çoxları səhvə yol verir. Düşünürlər ki, yoluxsaq da qorxusu yoxdur və xəstəlik peyvənddən daha yaxşıdır.
Omikron heç də hamıda izsiz ötüşmür. Postkovid sindrom Omikronda da var. Alimlər koronavirusun orqanizmdə iltihabi prosesləri işə salması barədə sübutlar gətirib.
Biz mərkəzimizdə kovid pasiyentlərdə qocalıq markerlərini yoxlayırıq. Kovid keçirmiş hətta gənc insanlarda belə onlar yüksəlmiş olur. Lakin biz hələ dəqiq bilmirik, 5-10 il sonra gedişat necə olacaq. Ona görə yoluxmaqdan qorunmaq və xüsusən orta yaşlı, yaşlı insanları xəstəlikdən sonra ciddi müayinə və müalicə etmək lazımdır". /medicina.az