Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 10:40
"Netflix"in "Tinder fırıldaqçısı" sənədli filminin qəhrəmanı Saymon Levaev ekran işindən sonra ilk dəfə müsahibə verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, İsrailin kiçik bir şəhərində yaşayan və əsl adı Şimon Yequda Hayut olan gənc dələduz adlandırılmasına əsəbiləşdiyini vurğulayıb.
"Inside Edition"a açıqlama verən Şimon "Tənha, sadə oğlan idim. Qızlarla tanış olmağa çalışırdım. Çəkilən ekran işi sənədli film adlandırılır. Amma oradakı hekayə uydurmadır. Siz heç yerdə mənim kimi alicənab birini tapmayacaqsınız, onlar isə məni dələduz adlandırır. Mən saxtakar və fırıldaqçı deyiləm. Məni tanımadan insanlar təhqir etmək haqqını haradan tapıb".
Müsahibə zamanı oğlanın hazırda sevgilisi olan izrailli model Keyt Konlin də danışıb. Dərgi onun müsahibəsini iki yerə bölüb yayımlayacaq.
Qeyd edək ki, Şimonun özünü məşhur milyarder Saymon Lvaev kimi təqdim edərək qadınlardan pul alıb.