Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ana və övladlarını öldürən müəllimin FOTOsu

Bakıda ana və övladlarını öldürən müəllimin FOTOsu

Tarix: 21 Fevral 2022 14:04

Bakıda ana və övladlarını qətlə yetirən Əhəd Əliyev 2010-2015-ci ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən sonra Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəbdə dərs deyib.

Sonxeber.net qaynarinfo-ya istinadən uzun illər müəllim işləyən Əhəd Əliyevin fotosunu təqdim edir:

Qətlə yetirilən 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bu gün Sabirabadda dəfn ediləcəklər. Gülnar Qaraxanovanın xaricdə ticarətlə məşğul olan həyat yoldaşı ailəsinin dəfnində iştirak etmək üçün vətənə dönüb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri - Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi - 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb. O, polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Etiketlər:  Bakıda övladlarını öldürən müəllimin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ