Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə 60-yaşlı kişi yanaraq ölüb

Şəkidə 60-yaşlı kişi yanaraq ölüb

Tarix: 22 Fevral 2022 08:44

Şəkidə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 160 kvadratmetr (hər mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 260 kvadratmetr (hər mərtəbəsi 130 kvadratmetr) olan ikimərtəbəli evin dam örtüyü 15 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az


Etiketlər:  Şəkidə 60 yaşlı kişi yanaraq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ