Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın “Avroviziya-2022” təmsilçisi bəlli oldu

Ukraynanın “Avroviziya-2022” təmsilçisi bəlli oldu

Tarix: 22 Fevral 2022 22:14

"Avroviziya-2022" mahnı müsabiqəsinin Ukrayna təmsilçisi artıq müəyyənləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçirilməsi planlaşdırılan müsabiqədə milli seçim turunda ikinci olan "Kalush Orchestra" qrupu iştirak edəcək. Qrup yarışmada "Stefania" adlı mahnını oxuyacaq.

Qeyd edək ki, daha əvvəl Ukraynanı müsabiqədə "Тіні забутих предків" mahnısı ilə Alina Paş təmsil edəcəkdi. Bir neçə gün sonra isə "Vidbir"in təşkilat komitəsi və sənətçi arasında qarşılıqlı razılaşmaya əsasən, Alinanın müsabiqədə iştirakının davam etməyəcəyi qərara alınmışdı. Buna səbəb isə Alinanın 2015-ci ildə Krıma baş çəkməsi idi.

Milli.Az


Etiketlər:  Ukraynanın Avroviziya 2022 təmsilçisi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ