Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 21:26
Avstriya "Zaltsburq"unda koronavirusa kütləvi yoluxma halları aşkarlanıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, komandada 15 nəfərin testi müsbət çıxıb. Onların arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var.
İnfeksiyaya yoluxmuş şəxslərin hamısı karantinə alınıb. Onların bəzilərinin xəstəliyi simptomsuz keçirdiyi bildiirlib.
Kütləvi yoluxma səbəbindən Zaltsburq şəhərinin eyniadlı təmsilçisinin 2 məşqi ləğv olunub. Yaxın günlərdə komanda üzvlərindən növbəti dəfə analiz götürüləcək.
Həmçinin klubda təhlükəsizlik tədbirləri gücləndiriləcək: tamaşaçılar artıq məşqlərə buraxılmayacaq, bütün kütləvi tədbirlər ləğv ediləcək və ya təxirə salınacaq.
Qeyd edək ki, "Zaltsburq" növbəti oyununu Avstriya çempionatında LASK klubuna qarşı keçirəcək. Görüş fevralın 27-də baş tutacaq.