Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çürük portağal satmısan'' deyib qılıncla satıcının üstünə cumdu - Hər kəs şoka düşdü - VİDEO

''Çürük portağal satmısan'' deyib qılıncla satıcının üstünə cumdu - Hər kəs şoka düşdü - VİDEO

Tarix: 24 Fevral 2022 02:32

Türkiyənin Zonquldağ şəhərində qəribə hadisə baş verib.

Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, vətəndaş satıcıdan aldığı portağalların çürüdüyünü iddia edərək dəyişdirməsini istəyib. Bu zaman da aralarında mübahisə baş verib. Dostunun mübahisə etdiyini görən Erkan adlı gənc satıcıya Zülfüqar qılıncı ilə hücum edib.

Sonxeber.net xəbər verir ki, hadisə şahidləri qorxudan qışqırıb kənara çəkiliblər. Döyüşdə gözündən və əlindən xəsarət alan Erkan Cinbir tərəflərə vasitəçilik etmək və vəziyyəti sakitləşdirmək üçün getdiyi zaman belə bir hadisənin baş verdiyini deyib. "Müdaxilə etdim. Mən özümü müdafiə edib qorumalı idim. Bu səbəbdən də qılıncla hücuma keçdim" deyib.

Anar Əli


Etiketlər:  Çürük portağal satmısan deyib qılıncla satıcının üstünə cumdu Hər kəs şoka düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ