Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda keçmiş məhkumu küçədə döyüb qarət etdilər

Bakıda keçmiş məhkumu küçədə döyüb qarət etdilər

Tarix: 25 Fevral 2022 11:22

Bakıda keçmiş məhkum döyülərək qarət edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 24-də 4 nəfərin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əmişovu döyərək 800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Fərhadov, Füzuli rayon sakinləri F.Ələkbərov və E.İsrafilov müəyyən edilərək saxlanılıblar.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda keçmiş məhkumu küçədə döyüb qarət etdilər


RƏYLƏR