Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 23:22
Ukraynada "itirilən" rus əsgərləri ilə bağlı qaynar xətt açılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Oleksiy Reznikov Feysbukda məlumat paylaşıb.
"Bu gündən, Ukrayna torpaqlarında hardasa bir rus əsgərini itirən hər kəs üçün qaynat xətt açılır", - o yazıb.
Qeyd olunur ki, bu, rus əsgər və zabitlərinin yaxınları üçün qaynar xəttdir və telefon nömrələri göstərilir:
"Əgər yaxınlarınız son aylarda təlimlərə gedibsə və onlarla heç bir əlaqəsi yoxdursa, deməli, onlar çox güman ki, Ukraynaya hücumda iştirak edirlər".
Eyni zamanda qeyd olunur ki, iki gün ərzində Ukrayna hərbçiləri bir neçə min rusiyalı müdaxiləçini öldürüb və yaralayıb, 200-dən çoxu əsir götürülüb.
Vurğulanır ki, bu qaynar xəttin köməyi ilə onlar öz yaxınları barədə məlumat ala və "ölmüş qohumlarının meyitlərini nə vaxt və necə aparacaqlarına" qərar verə biləcəklər.