Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 23:52
Ukrayana qarşı başlatdığı müharibəyə görə Rusiya ərazisində heç bir beynəlxalq futbol yarışı keçirilməyəcək.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qərarı FİFA qəbul edib.
Qərara əsasən, Rusiya klubları ev oyunlarını neytral meydanda keçirəcək.
Rusiyanı təmsil edən üzv assosiasiya istənilən yarışda Rusiya deyil, "Rusiya Futbol İttifaqı (RFU)" adı altında iştirak etməlidir.
Rusiya Futbol İttifaqı komandalarının iştirak etdiyi matçlarda Rusiyanın heç bir bayrağı və ya himnindən istifadə edilməyəcək.