Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aytac kollektiv çəkdirdiyi şəklə görə öldürülübmüş...

Aytac kollektiv çəkdirdiyi şəklə görə  öldürülübmüş...

Tarix: 1 Mart 2022 08:22

Fevralın 27-də Şəmkirin İrmaşlı kəndində 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyevanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Aytac əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyev tərəfindən qısqanclıq niyyəti ilə öldürülüb.

Belə ki, Piri Aytacın getdiyi kompüter kursunda kollektiv şəkil çəkdirdiyini görüb və bundan əsəbləşib. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb. Mübahisənin davamında isə Piri əmisi qızını Suludərə adlanan əraziyə aparıb və orada 24 yaşlı qadının boğazını kəsərək qətlə yetirib. Qətldən sonra Piri Əli oğlu Piriyev könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, Aytac Piriyeva bir müddət əvvəl ərindən boğanıb və onun bir oğlan övladı olub. Atası vəfat edən qadın, anası ilə birgə qalırmış. Məlumata görə, Aytacın boşanmasından sonra, Piri Piriyev onunla evlənmək niyyətində olub.


Etiketlər:  Aytac kollektiv çəkdirdiyi şəklə görə öldürülübmüş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ