Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir rus milyarder müharibəyə qarşı çıxdı

Daha bir rus milyarder müharibəyə qarşı çıxdı

Tarix: 1 Mart 2022 18:20

Məşhur rusiyalı iş adamı və Rusiyanın ən böyük banklarından biri olan "Tinkoff"un qurucusu Oleq Tinkov Ukraynada vəziyyətin qəbuledilməz olduğunu və müharibənin əleyhinə olduğunu bildirib.

Sonxeber.net xəbər verir ki, Tinkov İnstaqramda etdiyi şərhdə, bir müddət əvvəl qurduğu fondla qan xərçəngi olan insanların həyatını xilas etməyə çalışdıqlarını açıqlayıb. "İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu qəbuledilməzdir" deyib.

Dövlətlərin pullarını müharibə yerinə insanları sağaltmaq üçün istifadə etmələri lazım olduğuna işarə edən Tinkov, "Biz bu müharibəyə qarşıyıq" deyib.

Bundan əvvəl rusiyalı milyarderlər Mixail Fridman və Oleq Deripaska Rusiyanın Ukraynaya hücumuna qarşı çıxaraq sülhə çağırış ediblər.

Anar Əli


Etiketlər:  Daha milyarder müharibəyə qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ