Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 18:44
"Sevilya"nın müdafiəçisi Jül Kunde "Real"ın hədəfindədir.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Çelsi" və "Barselona" da maraqlanır.
Əndəlüs təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Fransa millisinin üzvünün sözləşməsində 80 milyon avroluq sərbəst qalma maddəsi var. "Sevilya" yalnız həmin məbləğ qarşılığında əsas müdafiəçisini satmağa razıdır.
Qeyd edək ki Jül Kunde bu mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.