Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 11:27
Yaponiyada artıq 70 vətəndaş Ukraynada Rusiyanın silahlı birləşmələrinə qarşı döyüşmək istədiyini bildirib.
Sonxeber.net Mainichi Shimbun-a istinadən bildirir ki, onlar Ukraynaya könüllülər qismində yollanmaq fikrində olduqlarını bəyan ediblər.
Xatırladaq ki, hazırda təqribən 8 ölkədə vətəndaşlar könüllülər qismində Ukraynaya yollanaraq döyüşmək istədiklərini bildiriblər.
Bu arada Ukrayna ordusunda xüsusi legion yaradılır. Prezident Vladimir Zelenski bununla bağlı qərar vermişdi.
"Beynəlxalq Legion" adlı xüsusi hərbi birləşmələr Müdafiə Nazirliyinin nəzdində qurulur.